Gəncə Dövlət universitetində daha bir təşkilatın idarə heyəti seçilib. Bu haqda 3 dekabr tarixində universitet məlumat paylaşıb.
Tədbir Universitetin İnnovasiyalar Departamentinin akt zalında baş tutub. Tələbə Elmi Cəmiyyətinin 2021-ci il seçki iclası keçirilib. Tədbirdə təşkilatın rolu, məqsəd və vəzifələri haqqında danışılıb. İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov bu istiqamətdə yaradılacaq imkanlarını, elmi həyatın gənclər üçün olan əhəmiyyətini qeyd edib.
Mərasimdə nümayəndələr özlərini təqdim ediblər. Daha sonra isə sədr və müavinləri seçilib.
