10.3 C
Gence
10.3 C
Gence

Gəncədə “Təhsil nikahdan öndə gəlir” adlı layihəyə yekun vurulub

“Təhsil nikahdan öndə gəlir” adlı layihə yekunlaşıb. Bu haqda 25 yanvar tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Layihə şəhərin M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyinin ingilis dili müəllimi Leyla Camalzadənin rəhbərliyi altında keçirilib. Layihədə 4 məktəb olmaqla 300-dən çox şagird iştirak edib. Layihənin əsas məqsədi şagirdlərə təhsilin hər şeydən öndə olduğunu, erkən nikahın fəsadlı olduğunu göstərmək idi.

Qeyd edək ki, layihə çərçivəsində şagirdlərin iştirakı ilə Qadın və Uşaq sığınacağı ziyarət olunub və onlar erkən nikah qurbanlarının acınacaqlı həyat hekayələri ilə tanış olublar.

Ən Çox Oxunan