Gəncə sakinlərinin səhətinə və əmlaklarına ziyan vura biləcək ağaclar budanır. Bu haqda Gencexeber.az-ın müxbiri 22 noyabr tarixində məlumat verib.
İşlər Nəriman Nərimanov prospektində aparılır. Əraziyə qaldırıcı kran və canlı qüvvə cəlb olunub. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları bu gün səhər saatlarından çalışırlar.
Gələcəkdə təhlükə yarada biləcək ağaclar budanıb. Qırıntılar ərazidən təmizlənib.
Qeyd edək ki, ağacların carı il ərzində şəhərin müxtəlif yerlərində avtomobillərə ziyan vurduğu müşahidə edilib.