5.8 C
Gence
5.8 C
Gence

Gəncədə tədbir baş tutub

Gəncədə tədbir baş tutub. Bu haqda məlumatı Kəpəz.Tv-yə istinadən veririk.

Belə ki, Gəncə şəhər Gənclər və İdman İdarəsində Gəncə Olimpiya İdman Kompleksinə yeni təyin olunan direktorun təqdimatı baş tutub. İdman qurğusunun yeni rəhbəri İntiqam Hüseynova təyinat münasibətilə təbrik ünvanlanıb, ona fəaliyyətində uğurlar arzulanıb.

Eyni zamanda idarədə Rumıniyada keçirilən Avropa çempionatında qızıl medal qazanan 3 gəncəli güləşçi ilə görüş keçirilib. Onların nailiyyətlərinin təqdirəlayiq olduğu bildirilib. Pəhləvanlar və onların məşqçiləri Gəncə şəhər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif ediliblər.

Ən Çox Oxunan