25.8 C
Gence
25.8 C
Gence

Gəncədə supermarketlərdən birinin sahibi cərimələnib

Gəncədə 27 sentyabr tarixində marketlərdən birində istifadə müddəti bitmiş toyuq əti aşkarlanıb. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat paylaşıb.

Gəncə şəhərində yerləşən “Gold Əminə” supermarketində yoxlama keçirilib, istifadəyə yararlılıq müddəti bitmiş ümumi çəkisi 207 kiloqram olan toyuq əti tapılıb.

Faktla bağlı müəssisənin sahibi inzibati məsuliyyətə cəlb olunub.

Ən Çox Oxunan