Gəncədə fitnes və SPA mərkəzinin gizli şəkildə fəaliyyət göstərməsi ortaya çıxıb. Bu haqda Gencexeber.az 19 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Əməliyyat Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılıb. Şəhər ərazisində keçirilən yoxlanış nəticəsində obyekt işçiləri və müştəriləri Nizami rayon Polis İdarəsinə gətiriliblər.
SPA Mərkəzində masaj xidmətləri göstərən şəxslər 400 manat məbləğində cərimə ediliblər. Obyetkin adminstratoru Elnur Nəbiyev məhkəmənin qərarı ilə 15 sutkada inzibati qaydada həbs edilib.