22.5 C
Gence
22.5 C
Gence

Gəncədə son sutka ərzində dəm qazından ikinci gənc qadın zəhərlənib

Gəncədə daha bir gənc qadın dəm qazından zəhərlənib. Bu haqda 29 noyabr tarixində Apa.az-a istinadən məlumat veririk.

Hadisə şəhərin Əli Nəzmi küçəsində yerləşən evlərdən birində qeydə alınıb. 23 yaşlı Çimnaz Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, son bir ay ərzində dəm qazından yeddi zəhərlənmə hadisəsi baş verib. Bir müddət öncə, bir ailənin yeddi, digərinin isə beş üzvünün zəhərlənməsi faktı qeydə alınmışdır.

Ən Çox Oxunan