12.5 C
Gence
12.5 C
Gence

Gəncədə silah satmaq istəyən şəxs saxlanılıb

Gəncədə odlu silah satmaq istəyən şəxs saxlanılıb. Bu barədə 9 avqust tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Kəpəz rayon polis idarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Qasımov saxlanılıb.

Saxlanılan şəxsin üzəridən bir ədəd lüləsi və qundağı kəsilmiş 16 mm-lik kallibirli tüfəng aşkar edilərək götürülüb. O, babasından qalan silahı satmaq məqsədi ilə kəsdiyini bildirib.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan öncə, avqustun 7-i polis əməkdaşlarının apardıqları əməliyyatlar nəticəsində şəhər sakini, əvvələr məhkum olunmuş Tural Məcnuninin üzərindən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd tapançaya aid daraq və 4 ədəd patron aşkar edilərək götürülmüşdü.

Ən Çox Oxunan