24.7 C
Gence
24.7 C
Gence

Gəncədə sanitar-karantin qaydaları ilə bağlı monitorinq keçirilib

Gəncədə 9 dekabr tarixində monitorinq keçirilib. Bu haqda “Real” televiziyasına istinadən məlumat veririk.

Polis əməkdaşları şəhər ərazisində sürücülərin tibbi maskadan istifadə etməsi, COVİD-19 pasportunun olub-olmamasını yoxlayıblar. Karantin qaydalarını pozan şəxslər inzibati olaraq məsuliyyətə cəlb olunublar.

Daha sonra monitorinqlər mehmanxana, kafe və restoranlarda keçirilib. Burada müştərilərin COVİD-19 pasportları yoxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb. Dezinfeksiya vasitələrindən, maskalardan istifadənin vacibliyi vurğulanıb.

Ən Çox Oxunan