5.8 C
Gence
5.8 C
Gence

Gəncədə sakinlərin rahatlığını pozan şəxs həbs edilib

Gəncədə sakinlərin rahatlığını pozan şəxs həbs edilib. Bu haqda məlumatı 22 iyun tarixində Qafqazinfo-ya istinadən veririk.

Hadisə Kəpəz rayonu, 3-cü mikrorayon ərazisində baş verib. Gəncə şəhər sakini, 25 yaşlı Orxan Məmmədli (adı şərti) 3 gün öncə gecə saat 02:00 radələrində doqquzmərtəbəli binanın damına çıxaraq qışqırmağa və ünvansız söyüşlər söyməyə başlayıb.

Sakinlərin müraciətindən sonra əraziyə polis əməkdaşları gəlib, lakin həmin şəxs damdan aşağı düşməkdən imtina edib və polisin tələbinə məhəl qoymayıb. Daha sonra binanın damına çıxan polis əməkdaşları onu aşağı endirərək ərazi üzrə polis şöbəsinə aparıblar.

Kəpəz Rayon Məhkəməsinin qərarı ilə Orxan Məmmədliyə 15 sutka həbs cəzası verilib.

Ən Çox Oxunan