24.1 C
Gence
24.1 C
Gence

Gəncədə sakinlərə təhlükə yaradan ağaclar budanır

Gəncədə ağaclar budanır. Bu haqda Gencexeber.az-ın müxbiri 25 oktyabr tarixində xəbər verib.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları şəhərin Heydər Əliyev prospektində çalışırlar. Sözügedən işləri görülməsi üçün qaldırıcı kran və digər texnika cəlb olunub.

Gəncə Dövlət Universitetinin qarşısında güclü külək səbəbindən bir ağacın budaqları qırılmışdır. Sakinlərin təhlükə ilə qarşılaşmaması üçün ağac budanıb. Qırıntılar ərazidən təmizlənib.

Qeyd edək ki, ağacların carı il ərzində şəhərin müxtəlif yerlərində avtomobillərə ziyan vurduğu müşahidə edilib.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan