25.8 C
Gence
25.8 C
Gence

Gəncə sakini bağlı qapı arxasında köməksiz qalıb

Gəncədə 6 fevral tarixində bir nəfər bağlı qapı arxasında qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.

Hadisə Kəpəz rayonunda qeydə alınıb. FHN-nin qaynar xəttinə şəhər sakinin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqda məlumat daxil olub.

Əraziyə xilasetmə qüvvələri cəlb edilib. Onlar giriş qapısını açarkən vətəndaşı halsız vəziyyətdə aşkar ediblər. Sakin aidiyyəti üzrə təhvil verilib.

Ən Çox Oxunan