20.6 C
Gence
20.6 C
Gence

Gəncədə sahibkarlara marketinq sahəsində yardım olunub

Gəncədə 26 oktyabr tarixində sahibkarlıq obyektlərinə marketinq xidməti göstərilib. Bu haqda Gəncə Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) məlumat paylaşıb.

Sahibkarlar Nigar Bayramlı, Qamət Əliyev, Elmira İsmayılova və Fərrux Rəhimov xidmətdən istifadə edərək şirkətlərinin daha çox istehlakçıya çıxışına və tanınmasına imkan yaradılıb.

Bildirilib ki, ehtiyac yaranarsa, sahibkarlıq subyektinə Gəncə KOBİM tərəfindən digər dəstək və xidmətlər göstərilməsi davam etdiriləcək.

Qeyd edək ki, qurumun göstərdiyi bütün xidmətlər ödənişsizdir.

Ən Çox Oxunan