21.4 C
Gence
21.4 C
Gence

Gəncədə üç sabiq vəzifəli şəxs barəsində hökm oxunub

Gəncədə İcra Hakimiyyətinin sabiq nümayəndələri ilə bağlı cinayət işi başa çatıb. Bu haqda 31 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, İH-nin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Proses Gəncə Ağır Cinayətlər məhkəməsində baş tutub. Hökmə əsasən, Məharət Musayev və Əli Rüstəmov 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Razin Qəhrəmanov isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə yanaşı 10 min manat cərimə olunub.

Qeyd edək ki, onlar vəzifə səlahiyyətlərini aşma, dələduzluq, rüşvət alma, rüşvət vermə və s. maddəllər üzrə təqsirləndirilirdilər.

Ən Çox Oxunan