26.4 C
Gence
26.4 C
Gence

Gəncədə sürücü qəza törədib və hadisə yerindən qaçıb

Gəncədə polislər qəza yerindən uzaqlaşan şəxsi yaxalayıblar. Bu haqda Report.az-a istinadən məlumat veririk.

Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, qəza törədib hadisə yerindən qaçan Əziz Kərimzadəni yaxalayıb. Onun narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Sürücü məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum olunmaqla, 15 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa, Məhəmməd Baxşıyevin idarə etdiyi “VAZ” markalı avtomobil saxlanılıb. O, sürət həddini aşıb, yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq edib.

 

Ən Çox Oxunan