10.3 C
Gence
1.5 C
Ganja

Gəncədə səhərdən 10-na yaxın partlayış səsləri eşidilib

Gəncədə bu gün səhərdən partlayış səsləri eşidilib. Bu haqda məlumat Gencexeber.az-a 24 noyabr tarixində daxil olub.

Şəhərin müxtəlif hissələrində 10-na yaxın partlayış səsləri eşidilib. Daha öncə, Müdafiə Nazirliyindən verilən açıqlamaya əsasən, səslərin Seyfəli poliqonundan gəlməsi söylənmişdir. Orada istismar müddəti başa çatmış və istifadəyə yararsız minaların məhv edilməsi işləri aparılır.

Qeyd edək ki, sözügedən əməliyyatlar Ordunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri tərəfindən aparılır.

Ən Çox Oxunan