11.9 C
Gence
11.9 C
Gence

Gəncədə restoranlar cərimələnib

Gəncədə restoranlarda havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Bu haqda 17 mart tarixində Report.az-a istinadən xəbər veririk.

İctimai iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb. Şəhərin “Zümrüd”, “Əriklik”, “Kristal”, “Tural”, “Firuzə” və “Bəyaz Saray” restoranlarında qanun pozuntuları aşkar edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələniblər.

Xidmət ictimai iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Ən Çox Oxunan