26.4 C
Gence
26.4 C
Gence

Gəncədə respublikanın ən böyük İdman Sarayı tikilir

Gəncədə tikilən yeni idman sarayının gələn ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu haqda 1 fevral tarixində Gancapost.info-ya istinadən məlumat veririk.

Prezident İlham Əliyev Azərtac-a müsahibəsində Gəncə İdman sarayının gələn ilin sonuna qədər istifadəyə veriləcəyindən əmin olduğunu, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacağını bildirib. Onun sözlərinə görə, bu, ölkədə ən böyük idman sarayı olacaq.

“Bu çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda İdman sarayı yoxdur, hətta Bakı şəhərində”, – deyə prezident qeyd edib.

Burada döyüş idman növləri, güləş, boks, onlar üzrə məktəblər, əl oyunları üçün xüsusi zal – basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel olacaq.

 

Ən Çox Oxunan