10.3 C
Gence
1.5 C
Ganja

Gəncədə reqbi üzrə turnir keçirilib

Gəncədə Zəfər günü münasibəti ilə reqbi-7 üzrə yarış keçirilib. Bu haqda Gəncə şəhər Gənclər və İdman Baş idarəsi 31 oktyabr tarixində məlumat paylaşıb.

Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Reqbi Federasiyasının və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında baş tutub. 15-16 yaş arası reqbiçilər arasında baş tutan turnirdə Gəncə, Sumqayıt, Naftalan, Göygöl və Şəmkir komandaları iştirak edib.

Birinci yerə Sumqayıt, ikinci yerə Gəncə və üçüncü yerə Şəmkir komandaları çıxıb. Qaliblərə kubok və diplomlar təqdim olunub.

Ən Çox Oxunan