25.8 C
Gence
25.8 C
Gence

Gəncədə “Rəqəmsal icra hakimiyyəti” portalı işə salınacaq

“Rəqəmsal icra hakimiyyəti” portalı təqdim olunub. Bu sistem pilot layihə olaraq Gəncədə işə düşəcək. Bu haqda məlumatı Azertag.az 24 noyabr tarixində paylaşıb.

“Burada əsas məqsəd yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin elektron qaydada vətəndaşlara çatdırılmasıdır”, – bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.

Bu sistem vasitəsi ilə vətəndaşların bürokratik əngəllərdən azad olunacağı planlaşdırılır. Ümumilikdə, yerli icra hakimiyyəti orqanları 39 xidmət göstərirlər, bunlardan 12-si tam elektronlaşdırılıb. Qarşıdakı aylarda isə bütün xidmətlər tam elektronlaşdırılacaq.

Ən Çox Oxunan