17.7 C
Gence
17.7 C
Gence

Gəncədə çörək sexinin sahibi cərimələnib

Gəncədə 19 oktyabr tarixində antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexinin sahibi cərimələnib. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat paylaşıb.

Şəhərdə keçirilən yoxlamalar zamanı Müseyib Bağırov 59 ünvanında fəaliyyət göstərən çörək istehsalı müəssisəsində sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Sexin xammal anbarına baxış zamanı zərərverici izlərinə rast gəlinib, həmçinin dezinfeksiya, dezinseksiya (həşəratlar əleyhinə), deratizasiya (gəmiricilər əleyhinə) işlərinin vaxtlı-vaxtında aparılmadığı aşkarlanıb.

Nöqsanlarla bağlı müəssisənin sahibi inzibati məsuliyyətə cəlb olunub.

 

Ən Çox Oxunan