14.3 C
Gence
14.3 C
Gence

Gəncədə çörək sexinin fəaliyyəti dayandırılıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Gəncədə fəaliyyət göstərən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb. Bu haqda Gencexeber.az 6 noyabr tarixində qurumun rəsmi saytına istinadən xəbər verir.

Agentliyin əməkdaşları şəhərin Nəriman Nərimanov prospekti, 360 ünvanında fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama keçiriblər. Sex Ələsgərova Xatirə Şərif qızına məxsusdur.

Sexdə sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Orada istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı və istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı müəyyən olub.

Qeyd edək ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi üzə çıxıb.

AQTA-nın rəsmi saytından foto
AQTA-nın rəsmi saytından foto

Ən Çox Oxunan