Ər arvadına xəsarət yetirib. Bu haqda məlumatı avqustun 22-si Apa-ya istinadən veririk.
Hadisə şəhərin Dəmiryol vağzalı adlanan ərazisində qeydə alınıb. 32 yaşlı Gültəkin İsmayılova kürək nahiyəsindən bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Məlumata görə, onun vəziyyəti kafidir.
Qadının əri tərəfindən bıçaqlandığı bildirilir. 37 yaşlı Samux rayon sakini Əli İsmayılov tutulub. O, hadisəni törətməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.