22.5 C
Gence
22.5 C
Gence

Gəncədə qurum rəhbərləri Ümummilli Liderin xatirəsini anıblar

Gəncədə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb. Bu haqda Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsində məlumat dərc edilib.

Qurumun başçısı Niyazi Bayramov, Nizami və Kəpəz rayon İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu öndər Heydər Əliyevin şəhərin Baş meydanında ucaldılan abidəsini ziyarət ediblər. Daha sonra Heydər Əliyev Park-Kompleksində ucaldılan abidəsinə baş çəkilib.

Ümummilli Lider Heydər Əliyev 12 dekabr 2003-cü ildə dünyasını dəyişmişdir.

Ən Çox Oxunan