19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə qonşuların davası 70 yaşlı kişinin ölümü ilə nəticələnib

Gəncədə qonşular arasında dava baş verib. Bu haqda iyulun 15-i Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Orada Iki qonşu arasında dava düşüb. Bu zaman 27 yaşlı Orxan Nağıyev idarə etdiyi maşınla qonşuları ayırmaq istəyən iki nəfəri avtomobillə vurub.

Nəticədə 65 yaşlı Bağırova Səlminaz və 70 yaşlı Alim Məmmədov xəsarətlər alıblar. Sonuncu isə bir müddət sonra xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, “VAZ-2107” markalı avtomobilin sürücü Orxan Nağıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.