23 C
Gence
18.5 C
Ganja

Gəncədə əqli geriliyi olan qızın hamilə qalmağına səbəb olan ahıl həbs edilib

Gəncədə gənc qızın hamilə qalmağına səbəb olan şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda Gencexeber.az 25 oktyabr tarixində Qafqazinfo-ya istinadən məlumat verir.

Əqli geriliyi olan 16 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq edən 62 yaşlı Rəşid Gözəlova Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Ona 8 il 3 ay müddətinə həbs cəzası verilib.

Serebral iflici qalıq dövrü, davranış və nitq pozuntuları diaqnozu ilə xəstəxanada qeydiyyatda olan yeniyetməyə Rəşid Gözəlov tərəfindən dəfələrlə zorakılıq əməlləri edilib. Gözəlov fiziki məhdudiyyətli qızın evdə tək olmasını bilərək mənzilə qanunsuz daxil olub.

Cinayətkar qızı öldürməklə hədələyərək baş vermiş hadisələr barədə danışmamasını tələb edib. Lakin zərərcəkənin hamilə olması üzə çıxdıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edilib və cinayət işi başlanıb.