Gəncədə Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib. Bu haqda məlumat 25 noyabr tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində paylaşılıb.
Görüş Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialında qazi Yusif Bağırov və Elşən Nağıyev baş tutub.
Laçın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qazi Elşən keçdiyi döyüş yollarından danışıb. Yusif isə Fizuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşaraq torpaqlarımızı düşməndən azad etməklərindən söz açıb.
Qeyd edək ki, Qazi Bağırov Yusif Azər oğlu Fizuli və Xocavənd uğrunda, Nağıyev Elşən Rövşən oğlu Laçın və Qubadlı uğrunda medalları ilə təltif olunublar.