5.8 C
Gence
5.8 C
Gence

Gəncədə qaz təsərrüfatı işçiləri qanvermə aksiyasında iştirak ediblər

Gəncədə qaz təsərrüfatı işçiləri könüllü olaraq qanlarını bağışlayıblar. Bu haqda Azərtac-a istinadən xəbər veririk.

Aksiyada Gəncə Regional Qaz İstismarı İdarəsinin əməkdaşları iştirak ediblər. Onlar talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilməsi məqsədilə Qan Bankına qan veriblər.

Qeyd edək ki, növbəti qanvermə aksiyasına Gəncə Regional Qaz İstismarı İdarəsinin tabeliyində olan digər xidmət sahələrinin əməkdaşları da qoşulacaq.

Ən Çox Oxunan