Gəncədə qaz partlaması nəticəsində gənc oğlan xəsarət alıb. Bu haqda Gencexeber.az 2 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
22 yaşlı Elmir Bəşirov partlayış zamanı hamam otağında olub. O, ağır yanıqlarla xəstəxanaya qaldırılıb. Gəncin Bakıda yerləşən xəstəxanaların birinə aparılması nəzərdə tutulub.
Hadisənin səbəbi araşdırılır.