Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Qardaşlıq Dastanı” Teatral Rəqs Göstərişi təqdim ediləcək. Bu haqda Gencexeber.az-a məlumat daxil olub.
Layihə Serhat Turakın bədii rəhbərliyi, Alagöz Kültür Sanatın istehsalı və Umya.az MMC-nin (Umya Medya-Türkiyə) rəsmi təşkilatçılığı ilə dünya turuna çıxır.
Bu layihə 6 illik araşdırma və 18 aylıq səhnə məşqlərindən sonra 100-dən çox türkiyəli və azərbaycanlı rəqqas və teatr aktyorunun zəhməti ilə səhnələşdirilən möhtəşəm tarixi povest olmaqla mədəni, epik sənət əsəridir.
Əsərdə eramızdan 2000 il öncə gedən qədim Türk, Azərbaycan tarixi və mifologiyası, Nuh tufanından Qarabağ savaşına qədər Anadolu və Qafqaz xalqlarının amansız mübarizəsi, həmrəyliyi, həyat sevgisi, sevinc və kədəri – bir sözlə, Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz qardaşlığı simvolik olaraq səhnəyə gətirilmişdir.
Teatral Rəqs Göstərişi 17 və 18 dekabr saat 19:00-da başlayacaq.