5.8 C
Gence
5.8 C
Gence

Gəncədə qanunsuz olaraq avtoservis məntəqəsi tikilib

Gəncədə qanunsuz tikinti faktı aşkar edilib. Bu haqda məlumatı iyunun 28-i Report-a istinadən veririk.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri yoxlama keçiriblər. Nəticədə məlum olub ki, Şah İsmayıl Xətai prospektində vətəndaş Kamil Elbrus oğlu Kərimov tərəfindən müvafiq icazəverici sənədlər olmadan avtoservis məntəqəsinin tikintisi aparılıb.

Məsələ ilə əlaqədar qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

 

Ən Çox Oxunan