Gəncədə ağacların məhv edilməsinə görə 2 sentyabr tarixində cinayət işi başlanılıb.
Şəhər sakini Ədalət Heydərov Nizami rayonu ərazisində qeyri-yaşayış binasının tikintisi, özəlləşdirilməsi və digər işlərin aparılması üçün Gəncə şəhər İcra Hakimiyyətindən etibarnamə əldə etdikdən sonra həmin ərazidə obyektin qarşısında olan 2 ağac və 27 ədəd kolu qanunsuz olaraq yerindən çıxarıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.