24.8 C
Gence
24.8 C
Gence

Gəncədə qanunsuz küçə ticarətinin qarşısını almaq üçün addımlar atılıb

Gəncədə qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilib. Bu barədə 14 dekabr tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsində məlumat paylaşılıb.

Qurumun başçısı Niyazi Bayramovun tapşırığına əsasən, şəhərin müxtəlif yerlərində qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı profilaktik tədbirlər həyata keçirilib.

“Reydlər zamanı şəhərin müxtəlif ərazilərində səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Bəzilərin barəsində protokol tərtib olunub” – deyə, paylaşımda bildirilib.

Qeyd edək ki, paylaşımda bu kimi reydlərin mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində davam etdiriləcəyi deyilib.

Ən Çox Oxunan