27.5 C
Gence
27.5 C
Gence

Gəncədə Qalib Sevindik oğlu Zeynalzadənin qənd sexinin fəaliyyəti dayandırılıb

Gəncədə qənd sexinin fəaliyyəti məhdudlaşdırılıb. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin saytında məlumat dərc edilib.

Qurumun əməkdaşları Qalib Sevindik oğlu Zeynalzadəyə məxsus qənd sexində yoxlama keçiriblər. Kiçik müəssisə 38-ci Hərbi şəhərcik ünvanında fəaliyyət göstərir.

Yoxlama zamanı subyektdə sanitariya-gigiyena qaydalarının tələblərinə riayət olunmaması üzə çıxıb.

Aşkar olunmuş faktlarla bağlı sahibkar barəsində protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA-nın rəsmi saytından foto
AQTA-nın rəsmi saytından foto

Ən Çox Oxunan