25.3 C
Gence
25.3 C
Gence

Gəncədə qadın sahibkarlara dəstək olunacaq

Gəncədə qadın sahibkarlarının yetişdirilməsi üçün layihəyə start verilib. Bu haqda İnnovasiyalar Mərkəzinin rəsmi saytında 22 noyabr tarixində məlumat dərc edilib.

İNNOLAND İnkubasiya və Akselerasiya mərkəzində “Smart Xanım” layihəsinin açılışı baş tutub. Məqsəd regionlarda innovativ qadın sahibkarlarının inkişafına dəstəkdir.

Kənd Təsərrüfatı Nazirliyi və Gənclər və İdman Nazirliyi olmaqla, layihəyə bir sıra dövlət qurumları, həmçinin ABŞ-ın Azərbaycandakı Səfirliyi dəstək göstərirlər.

Layihədə iştirak etmək istəyən 18 yaşdan yuxarı xanımlar 19 dekabr tarixinədək müraciət edə bilərlər. Qeydiyyat üçün aşağıda göstərinən linkdən keçid etmək lazımdır: https://docs.google.com/forms/d/1UVbc1Ez2hZ_ZTUZbNyFtZUTxJYDcxXD65DxNePxWNyI/edit

 

Ən Çox Oxunan