26.4 C
Gence
26.4 C
Gence

Gəncədə qadının xəstəxanaya aparılması üçün xilasedicilər cəlb olunub

Gəncədə 29 oktyabr tarixində “112” qaynar xəttinə müraciət daxil olub. Bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat paylaşıb.

Kəpəz rayon sakini 71 yaşlı qadın xəstəxanaya aparılması üçün həkim briqadasına müvafiq köməkliyin göstərilməsi zərurəti yarandığı üçün müraciət edib. Ünvana FHN-nin xilasediciləri cəlb olunub. Onların köməkliyi ilə qadın mənzildən aşağı düşürülüb və təcili tibbi yardım avtomobilinə mindirilərək xəstəxanaya aparılıb.

Ən Çox Oxunan