9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə qadın 3-cü mərtəbənin pəncərəsindən yıxılıb

Gəncədə 19 sentyabr tarixində qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

Hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. 21-ci binanın sakini, 34 yaşlı Firəngiz Həsənova pəncərədən yıxılıb. Qadının sözlərinə görə, insident pəncərənin şüşəsini silmək istədiyi zaman baş verib.

O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan