21.4 C
Gence
21.4 C
Gence

Gəncədə qızıl-zinət əşyalarını oğurlayan şəxs tutulub

Gəncədə oğurluq edən şəxs tutulub. Bu haqda dekabrın 27-si Report.az-a istinadən məlumat veririk.

Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynov saxlanılıb. Onun Gəncədə 2 mənzildən vətəndaşlara məxsus qızıl-zinət əşyalarını oğurlaması aşkar edilib.

Araşdırmalar zamanı Hüseynovun Şəmkir rayonunun Yeni Həyət kəndindəki evlərin birindən 5 575 manat nağd pul və ümumi dəyəri 4 030 manat olan qızıl-zinət əşyalarını oğurlaması məlum olub. Həmçinin onun, Çinarlı qəsəbəsində analoji cinayət törədərək fərdi yaşayış evindən 15 000 manatlıq qızıl-zinət əşyalarını ələ keçirməsi üzə çıxıb.

Elmar Hüseynov istintaqa təhvil verilib. Onun barəsində araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan