20.6 C
Gence
20.6 C
Gence

Gəncədə qızıl boyunbağı oğurlayan qadın tutulub

Gəncədə qızıl-zinət əşyasını oğurlayan qadın tutulub. Bu haqda dekabrın 27-si Report.az-a istinadən məlumat veririk.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tamam Təyyar saxlanılıb. Qadının Mərkəzi Univermağa gəlib, orada satıcının məşğul olmasından istifadə edərək bir ədəd qızıl boyunbağını oğurlaması məlum olub.

Həmin şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun telefon oğurladığı üzə çıxıb. Qadın istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan