Gəncədə 31 avqust tarixində qadın qətlə yetirilib.
Kəpəz rayonunda yerləşən 38 saylı hərbi şəhərcikdə 58 yaşlı Sücayət Məmmədova bıçaqla qətlə yetirilib.
Məmmədovanın qonşusu 41 yaşlı Məhəbbət Əhmədova yaşadıqları binanın qarşısında aralarında yaranmış mübahisə zamanı ona bıçaq xəsarətləri yetirib. Nəticədə qadın dünyasını dəyişib.
Məhəbbət Əhmədova şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq davam edir.