Gəncədə 30 oktyabr tarixində şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin sahibi cərimələnib. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat paylaşıb.
“Ləziz” adlı müəssisədə yoxlamalar keçirilən zaman sanitar-gigiyenik qaydaların və qida təhlükəsizliyi normalarının pozulduğu aşkarlanıb. Otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı məlum olub. Məhsulların hazırlanmasında yararlılıq müddəti bitmiş yağlardan, sulu mayadan, qaymaqdan, krem tozundan istifadə edildiyi üzə çıxıb.
