24.8 C
Gence
24.8 C
Gence

Gəncədə qənd sexinin rəhbəri cərimələnib

Gəncədə 7 oktyabr tarixində qənd sexində yoxlama aparılıb. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat paylaşıb.

Agentliyinin əməkdaşları Gəncə şəhər Dədə Qorqud küçəsində yerləşən qənd sexində monitorinq keçirən zaman mənşəyi məlum olmayan maddələr aşkar ediblər. Müəssisə antisanitar şəraitdə fəaliyyət göstərirdi. Burada avadanlıqlar vaxtında təmizlənmir, dezinfeksiya olunmur, xammalı natəmiz şəraitdə saxlanılır. Məlum olub ki, işçi heyəti tibbi müayinədən keçməyib.

Müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, müəssisədə 500 kiloqrama yaxın marmelad, 1.5 ton qənd olub.

AQTA-nın rəsmi saytından foto
AQTA-nın rəsmi saytından foto
AQTA-nın rəsmi saytından foto
AQTA-nın rəsmi saytından foto
AQTA-nın rəsmi saytından foto
AQTA-nın rəsmi saytından foto

Ən Çox Oxunan