“Zəfər yolu” layihəsi Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində baş tutub. Tədbir Vətən müharibəsində qələbənin 1-ci ildönümünə həsr olunmuşdur. Bu haqda məlumat universitetin rəsmi səhifəsində 16 oktyabr tarixində xəbər paylaşılıb.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müəllimlərlə yanaşı, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Dəmir Yumruq əməliyyatından, əldə edilən böyük zəfərdən, şəhid və qazilərimizin şücaətindən danışıblar.
Tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə dəstəyi ilə keçirilib.