25.3 C
Gence
19.5 C
Ganja

Gəncədə psixologiya kursunun rəhbəri təlim təşkil edir

Gəncədə “Temperament” adlı təlim keçiriləcək. Bu haqda Gencexeber.az 14 oktyabr tarixində Gənclər Evinə istinadən məlumat verir.

Gənclər Evinin psixologiya kursunun rəhbəri Selcan Hüseynova tərəfindən təşkil edilən təlim 18 oktyabr saat 11:30-da baş tutacaq.

Ödənişsiz təlimdə iştirak üçün qeydiyyatdan keçmək lazımdır.

Ətraflı məlumat üçün (055) 508-91-51.

Ünvan: 28 May küçəsi, 34 (Heydər Əliyev Parkı).