20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə pravoslav kilsənin 134 illiyi qeyd olunub

Gəncədə yerləşən Aleksandr Nevski kilsəsinin 134 illiyi qeyd olunub. Bu haqda Gencexeber.az 14 sentyabr tarixində AZƏRTAC-a istinadən xəbər verir.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və ölkəmizdə fəaliyyət göstərən rus pravoslav yeparxiyasının üzvləri iştirak ediblər.

Qeyd edək ki, 130 illiyi münasibəti ilə Aleksandr Nevski kilsəsi 2017-ci ildə təmir olunmuşdur.

Daha öncə, dini obyekt haqqında məqalə hazırlayaraq paylaşmışdıq.