20.6 C
Gence
20.6 C
Gence

Gəncədə “Postpandemiya dövrü üçün gənc tibb işçilərinin inkişaf proqramı” layihəsinin sertifikatları təqdim olunub

Gəncədə sertifikat təqdimetmə mərasimi keçirilib. Bu haqda 27 yanvar tarixində Gəncə Gəncləri məlumat paylaşıb.

“Postpandemiya dövrü üçün gənc tibb işçilərinin inkişaf proqramı” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub. Təlimlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Gəncə nümayəndəliyinin, Fransanın “ALİM” Elmi Assosiasiyasının, “International Azerbaijani Ladies Club”ın və BƏƏ-də Yaşayan Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Burada 7 ölkədən 12 həkim iştirakçılar üçün seminarlar keçib.

Layihə 2 ay davam edib. Bu müddətdə 16 təlim təşkil olunub. Seminarlara Gəncə Tibb Kollecinin Müalicə işi və Tibb bacısı ixtisasında təhsil alan və məzun olmuş 20 gənc qatılıb.

Ən Çox Oxunan