26.4 C
Gence
26.4 C
Gence

Gəncədə polis naryadlarının sayı artırılacaq

Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının şəxsi heyəti Dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində işləyəcək. Bu haqda Kəpəz televiziyasına istinadən məlumat veririk.

Tədbirlər 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı şənlikləri əlaqədar ictimai asayişin qorunması üçün görülüb. İctimai təhlükəsiziliyin təmin edilməsi məqsədi ilə şəhər ərazisində polis naryadlarının sayı artırılacaq.

Bundan başqa xidmət zamanı Operativ Qərargahın qəbul etdiyi karantin rejiminə riayyət edilməsi xüsusi diqqətdə saxlanılacaq.

 

Ən Çox Oxunan