26.4 C
Gence
26.4 C
Gence

Gəncədə polis mayoru yeni vəzifəyə təyin olunub

Gəncədə Daxili İşlər orqanlarında dəyişiklik olub. Bu haqda 16 fevral tarixində Oxu.az-a istinadən məlumat veririk.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili Ələddin Musayev vəzifəsindən azad edilib. Digər qərara görə, polis mayoru olan Musayev Nizami Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini təyin olunub.

Bundan başqa 15 fevral tarixində Kəpəz rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini Ramil Səfərəliyev vəzifəsindən azad edilib.

Ən Çox Oxunan