Gəncədə 95 nəfər sanitar-karantin qaydalarını pozduğu üçün məsuliyyətə cəlb olunub. Bu haqda Gencexeber.az 25 avqust tarixində APA-ya istinadən xəbər verir.
Polis əməkdaşları market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki tədbirlər keçirib. Nəticədə sanitar-karantin qaydalarını pozan 95 nəfər məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, ictimai nəqliyyatda da polis əməkdaşları reydlər keçirib. Tədbirin sonunda 30 nəfər tənbeh olunub.