Gəncədə küçə ticarətinin qarşısının alınması məqsədilə yoxlamalar keçirilib. Reyd Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılıb. Bu haqda Gencexeber.az 24 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.
Reyd zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
Həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar. Qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunub.